Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" "Arsenal"ın 18 yaşlı futbolçusuna 30 milyon avro təklif edib

Tarix: 30 May 2020 18:26

"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka İspaniyaya köçə bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, 19 yaşlı hücumameyilli futbolçu "Real"ın maraq dairəsindədir.

"Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan ingiltərəli oyunçunun gələcəkdə onlara çox xeyir verəcəyini düşünür. Bu üzdən fransalı mütəxəssis Sakanın alınmasını istəyib. İngiltərənin U-19 yığmasının üzvü üçün madridlilər qarşı tərəfə 30 milyon avro təklif edib.

Qeyd edək ki, "Arsenal"la müqavilə müddəti gələn ilin yayına qədər olan Bukayo Saka cari mövsüm Premyer Liqada 18 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Real Arsenalın 18 yaşlı futbolçusuna 30 milyon avro təklif edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ