Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun hansı ''növü'' daha yoluxucudur?

Koronavirusun hansı ''növü'' daha yoluxucudur?

Tarix: 30 May 2020 19:12

Koronavirusun Rusiyada yayılan ştamı dünyanın digər yerlərində qeydə alınan ştamlarla müqayisədə daha öldürücüdür.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçıları bildirib ki, bu, "İran-Avropa" ştamıdır. SARS-CoV-2-nin beynəlxalq yayılma xəritəsinə görə, bu günə qədər virusun 30 ştamı müəyyən edilib. Virusun aşağıdakı şəkildə yayıldığı qeyd olunur: Çin-İran-Avropa-Rusiya.
Mütəxəssislərin fikrincə, Rusiya Federasiyasında yayılan ştam daha yoluxucudur və daha çox asimptomatik daşıyıcıya malikdir. Tədqiqatçılar Çin və Avropa ştamları ilə eyni konsentrasiyada, eyni qəbildən olan hüceyrələri  yoluxdurublar. Məlub olub ki, virulentlik, virus  hissəciklərinin istehsalı baxımından aralarındakı fərq 270 dəfə olmaqla, SARS-CoV-2-nin Asiya ştamı, Avropa ştamına nisbətən daha az yoluxucudur.

Həm "sərt", həm də "mülayim" sayılan virus ştamlarının nəticələri-fəsadları isə eynidir- hər iki halda pnevmoniya və tənəffüs çatışmazlığı şəklində ağırlaşmalar yaranır, xəstə süni havalandırma aparatına qoşulur. Ancaq "sərt" sayılan ştam daha çox yoluxucu olur.


Etiketlər:  Koronavirusun hansı növü daha yoluxucudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ