Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 19:27
Kifayət qədər lifli qida qəbulu ürək xəstəliklərinə qarşı qoruyur. Araşdırmalar, gündə 12-33 qram lif qəbulunun qan təzyiqini saldığını, qandakı xolesterin səviyyəsini yaxşılaşdırdığını və ürək-damar xəstəliklərlə əlaqələndirilən iltihabı azaltdığını göstərir.
Həll oluna bilən liflər, qandakı pis xolesterini salır. Həll oluna bilən lif ehtiva edən qidalar arasında alma, arpa, yulaf, lobya və digər quru paxlalılar, meyvə və tərəvəzlər yer alır.
Lifli qidalar diabeti nəzarət altında saxlamağa kömək edir. Lif baxımından zəngin pəhriz qan şəkərində daha yavaş artıma yol açır.
Lifli qidalar mədə, nazik bağırsaqlar və yoğun bağırsaqların daha da sağlam olmasını təmin edir.
Lifli qidaları bizi tox tutur. İnsan orqanizmi lifdən enerji və ya kalori almır. Bu səbəblə lifli qidalar yeyərkən tamamilə doyuruq.
Bundan başqa, lifli qidalar daha az kalori ehtiva edir. Məsələn, bir fincan gül kələmi təxminən 25 kaloridit, bir fincan ağ düyü isə 200-dən çox kalori ehtiva edir.