Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

70 gündən sonra Sədərək Ticarət Mərkəzi də AÇILDI

70 gündən sonra Sədərək Ticarət Mərkəzi də AÇILDI

Tarix: 31 May 2020 10:22

Operativ Qərargahın ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərarından sonra bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

Bu sırada iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti ilə bağlı tətbiq edilən qadağada var.

Bu gündən fəaliyyəti bərpa edilən iri ticarət mərkəzlərindən biri də Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzidir. Bu barədə Milli.Az-a ticarət mərkəzinin satıcıları məlumat veriblər. Onlar hazırda dükanlar və mallar toz-torpaq içində olduğu üçün bu gün yalnız təmizlik işlərinə diqqət ayırdıqlarını bildiriblər. Sabahdan isə tam hazır vəziyyətdə müştərilərə xidmət göstərəcəklərini bildiriblər.

Lakin bu gün ərzində Sədərək Ticarət Mərkəzinə yolu düşən müştərilərə alış-veriş üçün hər hansı bir məhdudiyyət olmadığı da bildirilib.

Qeyd edək ki, iki gündür Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib. 

Xatrladaq ki, COVİD-19 pandemisyası ilə əlaqədar martın 20-dən ticarət mərkəzi fəaliyyətini dayandırmışdı.

Təhməz Təkin
Milli.Az


Etiketlər:  70 gündən sonra Sədərək Ticarət Mərkəzi AÇILDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ