Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 11:06
Bakı. Trend:
İyunun 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin