Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiyməti 40 doları ötdü

Azərbaycan neftinin qiyməti 40 doları ötdü

Tarix: 3 Iyun 2020 11:52

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 2-də 40,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,14 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 37,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan neftinin qiyməti doları ötdü


RƏYLƏR