Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 16:08
Bakı. Trend:
İyunun 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 50102079S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 milyon 318 min 800 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250 milyon AZN olub. Notlar iyulun 1-də ödəniləcək.