Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 20:16
Bakı. Samir Əli - Trend:
190 manat birdəfəlik yardımın vətəndaşlara verilməsi aprel və may ayları üçün idi. Amma yenidən məhdudlaşdırma olarsa, bu məsələyə baxıla bilər.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu barədə məhdudlaşma qərarından sonra məlumat veriləcək: "Hələlik, bu barədə heç nə deyə bilmərik".