Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Myasnikov ''koronavirus rəvayəti''nə aydınlıq gətirdi

Myasnikov ''koronavirus rəvayəti''nə aydınlıq gətirdi

Tarix: 3 Iyun 2020 23:06

Tanınmış həkim Aleksandr Myasnikov koronavirus barədə yayılan rəvayətlərə aydınlıq gətirib.

Sonxeber.net xəbər verir ki, həkim koronavirusun ev heyvanları vasitəsilə ötürülə bilmədiyini deyib.

"Heyvanlar yeni tip virusa yoluxa bilər, lakin insanlara keçməz!", - deyə Myasnikov qeyd edib.

O bildirib ki, COVID-19-un ötürülməsinin yeganə sübut olunmuş yolu hava yolu ilə infeksiyadır. Bu vəziyyətdə infeksiya su, əllərin dərisi vasitəsilə, hamiləlik zamanı anadan dölə, həmçinin havalandırma sistemi vasitəsilə ötürülə bilməz. Myasnikov koronavirusun çirklənmiş səthlər, xəstəxanalarda havalandırma sistemi, həmçinin qan vasitəsilə yoluxma ehtimalının az olduğunu da qeyd edib.

Xatırladaq ki, Myasnikov, COVID-19-a qarşı peyvəndin gec başa gələcəyini açıqlamışdı. Onun sözlərinə görə, klinik sınaqlar üç ildən beş ilədək davam edə bilər. Həkim qeyd edib ki, peyvəndin inkişafı məhdud sayda insan üzərində sınanması ilə sürətləndirilə bilər, lakin bütün əhali üçün yeni dərmanların istifadəsi təhlükəlidir. Eyni zamanda Myasnikov istisna etməyib ki, bir müddət sonra peyvəndə ehtiyac olmaya bilər. (publika.az)


Etiketlər:  Myasnikov koronavirus rəvayətinə aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ