Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 11:22
Braziliyanın “Quarani” klubunun baş meneceri Mişel Alves müdafiəçi Tallison Auqustonun “Neftçi”yə transferi haqda danışıb.
Qol.az xəbər verir ki, klub rəsmisi "Correio"ya açıqlamasında 29 yaşlı müdafiəçinin Azərbaycandan cəlbedici təklif aldığını deyib: "O, heç cür bundan imtina edə bilməzdi. Tallisona apreldə başa çatan müqaviləni yeniləməyi təklif etdik. Lakin onu saxlamağımız mümkünsüz idi".
Alves klubunun Talisson uğrunda rəqabətdə “Neftçi”yə uduzduğunu bildirib:“Tallisonun özü ilə bu barədə söhbətim oldu. Mənə dedi ki, Azərbaycandan gələn təklifə “yox” deyə bilməz. Həm "Qurani" bu şərtlərlə rəqabət edə bilmədi. Buna görə futbolçu bizimlə vidalaşaraq Avropaya yollanmaq qərarına gəldi”.
Qeyd edək ki, Tallisonun “Neftçi” ilə 3 illik müqavilə imzalayacağı deyilir.