Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 15:42
Bakı. Trend:
2019-cu ilin aprelində Azərbaycanın qeyri-neft məhsulu ixracı 167 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 29 faiz artıb.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinə istinadən məlumat verir.
İxracın əsas istiqaməti Rusiya olub. Aprel ayında bu ölkəyə 49,6 milyon dollar həcmində qeyri-neft məhsulu ixrac olunub. Türkiyəyə ixrac 48,6 milyon dollar, Gürcüstana isə 12 milyon dollar təşkil edib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan qeyri-neft məhsulu ixracı 7,1 milyard dollara bərabər olub. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar və ya 25,6 faiz çoxdur.
Bu müddət ərzində Rusiyaya 165 milyon dollar, Türkiyəyə 148 milyon dollar, Gürcüstana 62 milyon dollar, İsveçrəyə 45 milyon dollar, İtaliyaya 22 milyon dollar məbləğində məhsul ixrac olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin