Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 17:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, COVİD-19-un yayılmasının qarşısının alınması üçün vətəndaşların yalnız qısamüddətli qapanmalarda olması kifayət deyil, insanlar tələb olunan qaydalara da əməl etməlidirlər:
"Bəzi vətəndaşlar bu halı ikinci dalğa kimi qəbul edirlər. Bu, belə deyil, hazırda pandemiyanın başlanğıc mərhələsindəyik”.