Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftə sonu işləmək məcburiyyətində olan müəssisələrin NƏZƏRİNƏ

Həftə sonu işləmək məcburiyyətində olan müəssisələrin NƏZƏRİNƏ

Tarix: 4 Iyun 2020 17:57

Bakı. İlhamə İsabalayeva - Trend:

Xidməti avtomobillə bağlı daxili imkanları olmayan müəssisələr işçilərinin işə gəlməsi üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələdə qurumların daxili resurslarına üstünlük verilməlidir: “Piyada gələ bilən işçilərə üstünlük verilməlidir. Zəruri olduqda iş yeri Bakı Nəqliyyat Agentıiyi ilə müzakirə apara bilər”.

R.Bayramlı qeyd edib ki, həftə sonlarında işə gələcək bütün qurumların işçilərinə rəsmi qaydada icazə alınmalıdır.


Etiketlər:  Həftə sonu işləmək məcburiyyətində olan müəssisələrin NƏZƏRİNƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ