Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

Tarix: 4 Iyun 2020 20:24

İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda pamdemiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gördüyü işlər barəsində məlumat dinlənildi. Qeyd edildi ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib.

Görülən tədbirlər sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirmişdir. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyein Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütövlükdə 500 000 manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna isə 30 000 manat ianə etmişdir.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ayrılmış ərzaq yardımları YAP-ın könülüləri tərəfindən 33355 imkansız ailəyə çatdırılıb.

Yeni Azərbaycan Partiyası tərəfindən 21-29 mart tarixlərində "Sağlamlığımız milli həmrəyliyimizdədir" devizi ilə keçirilən kampaniya çərçivəsində bütün respublika ərazisində ahıl, imkansız və ehtiyacı olan 7780 ailəyə könüllülər vasitəsilə gigiyenik vasitələr çatdırlıb.

YAP tərəfindən aprel ayının 4-də start verilmiş və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam edən aksiya çərçivəsində partiyanın rayon təşkilatlarının, eləcə də, fəalların maliyyə dəstəyi ilə 17324 ailəyə ərzaq və digər yardımlar göstərilib.

Yeni Azərbaycan Partiyası və ƏƏSMN aprelin 4-də başladığı birgə sosial aksiya çərçivəsində isə 21138 ailəyə sosial xidmət göstərilib.

İcladsa həmçinin, Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərən komissiyaların yenidən formalaşması məsələsi müzakirə edilmişdir. Qəbul edilmiş qərara əsasən, komissiyaların tərkibində müvafiq dəyişikliklər edilmişdir. İclas iştirakçıları komissiyaların fəaliyətinin daha da gücləndirilməsi istiqamətində təkliflərlə çıxış ediblər.

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.


Etiketlər:  İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib


RƏYLƏR