Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qlüten tərkibli qidaları zərərli hesab etmək düzgün deyil

Qlüten tərkibli qidaları zərərli hesab etmək düzgün deyil

Tarix: 5 Iyun 2020 07:15

Qlüten bəzi məhsulların tərkibində olan zülaldır. Həmin maddə qidalara görünüşü yaxşılaşdırmaq, onu daha yumşaq etmək və saxlama müddətini artırmaq məqsədilə əlavə olunur. Lakin bütün üstünlükləri ilə yanaşı yapışqanlıq xüsusiyyəti ilə qlüten bəzən orqanizmə zərərli təsir göstərir.

Milli.Az bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Bəzi insanlarda qlütenə qarşı həssaslıq və allergiya olur. Onlar qlüten qəbul edəndən sonra bağırsaqlardan qidanın sorulması pozulur və buna görə də mədə-bağırsaq problemləri yaranır. Belə insanlarda qan azlığı, sümük-oynaq sistemində ağrı, sümüklərin kövrəkləşməsi, xüsusən uşaqlarda erkən diaqnostika olmadıqda boy geriliyi, çəki azlığı kimi əlamətlər müşahidə olunur".

Həkim-terapevtin dediyinə görə, qlütenli qidaları birmənalı olaraq zərərli hesab etmək düzgün deyil. Sadəcə olaraq insanlar həmin zülala qarşı orqanizmin reaksiyasını yoxlamalıdırlar. Əgər onun qəbulu hansısa narahatlığa səbəb olursa, qlüten tərkibli qidaları rasiondan çıxarıb alternativləri ilə əvəz etmək lazımdır.

Qlütenli qidalara undan hazırlanan qidalar və taxıl məhsullarından hazırlanan məmulatlar daxildir. Düyü, qarabaşaq, kətan toxumu kimi qidalardan əvəzedici kimi istifadə etmək olar. Meyvə və tərəvəzlərin tərkibində qlüten olmadığından onları tam rahat şəkildə istehlak etmək olar. Süd məhsullarından isə keçi südünün rasiona daxil edilməsi məsləhət görülür.

Milli.Az


Etiketlər:  Qlüten tərkibli qidaları zərərli hesab etmək düzgün deyil


RƏYLƏR