Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ər arvadını bıçaqlayıb polisə təslim oldu

Bakıda ər arvadını bıçaqlayıb polisə təslim oldu

Tarix: 5 Iyun 2020 09:24

Bakı. Samir Əli - Trend:

Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonundan baş verib. Rayonun Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov hadisəni törədəndən sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma)maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Bakıda arvadını bıçaqlayıb polisə təslim oldu


RƏYLƏR