Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 21:56
Koronavirusdan sonra Çində həyat smartfonlar vasitəsilə idarə olunur. Tətbiqdəki yaşıl, sarı, qırmızı rəngli kod istifadəçinin virusa yoluxub-yoluxmadığını göstərir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu sistem Çinin hakim Kommunist Partiyası tərəfindən cəmiyyətdə müşahidəni və nəzarəti gücləndirmək məqsədilə yaradılıb. Müşahidə "Big Data"lar vasitəsilə aparılır. Məsələn, keçən həftə Uhan metrosunda olarkən geyim fabrikinin müdiri Vu Shenqhonq telefonla sağlamlıq kodunu skan edib. Ekranda yaşıl rəng və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin bir hissəsi görünüb. Beləliklə, xüsusi geyimli mühafizəçilər ona metroya daxil olmağa icazə veriblər.
Qırmızı rəng istifadəçinin yoluxduğunu, hərarət və digər simptomlarının olduğunu göstərir. Sarı rəng isə onun virusa yoluxmuş şəxslə təmasda olduğunu, iki həftəlik karantin müddətini tamamlamadığını, evdə və ya xəstəxanada mütləq şəkildə karantin nəzarətində olmasını bildirir. Çin höküməti qırmızı və sarı rəng göstərdiyi halda həmin insanları qəti şəkildə ictimai yerlərə buraxmır.
Belə ki, sağlamlıq kodunun istifadəsi işçilərin fabriklərə, ofislərə və marketlərə yenidən axın etməsi ilə infeksiyalarının qarşısını alır və ölkə iqtisadiyyatın canlandırmaq üçün mühüm rol oynayır. Uhan şəhərinin də daxil olduğu Hubei vilayətinə giriş-çıxış 23 yanvarda dayandırılıb və hal-hazırda karantin müddəti aprelin 8-nə qədər uzadılıb.
Oksford Universitetinin tədqiqatçıları "Science" jurnalında dərc olunan hesabatda digər hökumətlərin bu rəqəmsal izləmə tətbiqini nəzərdən keçirməli olduğunu qeyd ediblər. Hazırda Uhandakı ticarət mərkəzləri, ofis binaları və digər ictimai yerlərdə içəri dail olmazdan əvvəl hərarətləri yoxlanır.
Bu qaydalara riayət etmək əhalinin sosial borcudur. Bu kodlar internet nəhəngi Tencent LTD-nin məşhur We-Chat mesajlaşma xidməti və dünyanın ən böyük e-ticarət şirkəti "Alibaba Group" un Alipay elektron ödəniş xidmətləri vasitəsilə həyata keçirilir.
Sağlamlıq kodunu almaq çox sadədir; istifadəçilər elektron formda şəxsi məlumatları ünvanı və hərhansı simptomlarının olub-olmadığını təsdiqləyən ərizəni doldururlar.
Sərnişin Çinin Hubei əyalətindəki Uhan şəhərində metro stansiyasına giriş üçün QR kodunu skan edir. Çində post-koronavirusun yayılması bir smartfon ekranında yaşıl bir simvol ilə idarə olunur. Yaşıl rəng, istifadəçinin simptomsuz olduğunu söyləyən "sağlamlıq kodunu" bildirir.