Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyatı 4 il uzadan MƏHSUL - Ekspert açıqladı

Həyatı 4 il uzadan MƏHSUL - Ekspert açıqladı

Tarix: 7 Iyun 2020 23:06

Uzunömürlülük üzrə ekspert Den Byuttner insan ömrünü uzadan ən yaxşı məhsulun adını açıqlayıb.

National Geographic-in peşəkar tədqiqatçısı Byuttner EatingWell nəşrinə bildirib ki, lobyanın gündəlik istehlakı insan həyatını uzadır.

Alim qeyd edib ki, hər gün 1 kasa bişmiş lobya istehlak edən insan həyatını 4 il uzada bilər.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, lobya zülal, lif, antioksidantlarla zəngin olduğundan insan sağlamlığına çox müsbət təsir edir, bağırsaq mikroflorasını yaxşılaşdırır, ürək-damar sistemi xəstəliklərindən qoruyur, immuniteti möhkəmləndirir.

Həmçinin lobya dəmir, maqnezium, fol turşusu kimi insan orqanizmi üçün vacib maddələrin zəngin mənbəyidir.


Etiketlər:  Həyatı uzadan MƏHSUL Ekspert açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ