Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir

Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir

Tarix: 8 Iyun 2020 10:06

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalı pasiyentlərin rahatlığı üçün Teletibb xidməti göstərir.

Hospitaldan Trend-ə verilən məluamta görə, pasiyentlər Mərkəzi Gömrük Hospitalının həkimləri ilə Teletibb xidməti vasitəsi ilə canlı bağlantı quraraq onların distant məsləhətini ala bilərlər.

Distant məsləhəti almaq üçün pasiyent Mərkəzi Gömrük Hospitalının https://customshospital.az veb səhifəsinə daxil olaraq Həkimlər bölməsində tibbi bağlantı qurmaq istədiyi həkimin səhifəsində Teletibb düyməsi vasitəsi ilə müraciət edə bilər. Bu xidmət ilk növbədə, karantin dövründə insanların rahatlığı, yəni evdən çıxmadan tibbi yardım üçün müraciət etməsi məqsədilə tətbiq olunub. TeleTibb xidməti ilə əlaqə saxlaya biləcəyiniz həkimlərin siyahısını sizə təqdim edirik.

Ümumi cərrah,t.f.d. Musayev Bəxtiyar
Kardioloq Tamilla Əliyeva
Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, cərrah transplantoloq, t.f.d. Mircəlal Kazimi
İnvaziv kardioloq Mustafayev Samir
İnvaziv kardioloq Emin Hacibalayev
Kardioloq Günay Məmmədova
Endokrinoloq Əlirzayeva Şəbnəm
Endokrinoloq Naidə Novruzova
Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Bayramova Təranə
Mama-ginekoloq Muradova Nərmin
Damar cərrahə Səbuhi Dadaşov
Fizioterapevt-reabilitoloq Səidə Kərimova
Otorinolarinqoloq , t.f.d. Vəliyeva Aynur
Otorinolarinqoloq Elvin Əzizov
Oftalmoloq Ülfət Cəfərova
Oftalmoloq, t.f.d. Aynurə Əliyeva
Üz-çənə cərrahı, t.f.d. Məmmədova Ülviyyə
Uşaq cərrahı Vüsal Cəfərov
Nevroloq Mənsumə Talıbova

Karantin zamanı Mərkəzi Gömrük Hospitalının Teletibb xidmətindən pulsuz istifadə etmək olar. Bu proqram haqqında ətraflı məlumat almaq üçün (012) 404-08-08 nömrəsinə zəng vuraraq və ya (050) 404-08-08 WhatsApp nömrəsinə yazaraq ətraflı məlumat almaq mümkündür.


Etiketlər:  Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ