Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB-dən sərnişinlərə tövsiyə: Nəqliyyatda məsafə saxlamaq çətin olduğundan mütləq maskadan istifadə edin

TƏBİB-dən sərnişinlərə tövsiyə: Nəqliyyatda məsafə saxlamaq çətin olduğundan mütləq maskadan istifadə edin

Tarix: 8 Iyun 2020 10:33

Bakı. İlhamə İsabalayeva - Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələr verib.

Trend-in məlumatına görə, TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:

"İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:
- Xəstəsinizsə, evdə qalın
- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin
- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin" .


Etiketlər:  TƏBİB dən sərnişinlərə tövsiyə Nəqliyyatda məsafə saxlamaq çətin olduğundan mütləq maskadan istifadə edin


RƏYLƏR