Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 14:52
Boks üzrə dünya çempionu Menni Pakyao Filippində 2022-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu boksçunun promouteri Bob Arum deyib.
Onun sözlərinə görə, M.Pakyao bu barədə ona telefonla bildirib. Boksçu prezident seçiləcəyi təqdirdə B.Arumu andiçmə mərasiminə dəvət edib.
Qeyd edək ki, M.Pakyao 8 çəki dərəcəsində çempion olan yeganə boksçudur. O, 2010-cu ildən Filippin Konqresinin deputatıdır.