Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birgə fermerlərə müraciət etdi (FOTO)

Nazirlik “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birgə fermerlərə müraciət etdi (FOTO)

Tarix: 8 Iyun 2020 17:00

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyi “Meliorasiya və Su Təsərrüfatı” ASC suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək üçün birgə məlumat yayıb.

Nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranmış vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir:

"Bununla əlaqədar bildiririk ki, suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün bu sahədə bütün maraqlı tərəflər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tərtib olunmalı və sudan istifadə həmin qrafiklər əsasında həyata keçirilməlidir.

Suvarma qrafikləri su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir.

Odur ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və Sudan İstifadəedənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur.

Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələri və Sudan İstifadəedənlər Birlikləri təsdiq edir. Təsdiqlənmiş suvarma qrafikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında (www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir.

Suvarma qrafiki həmin internet saytında yerləşdirildikdən sonra tətbiq edilir".

Nazirlik “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birgə fermerlərə müraciət etdi (FOTO) - Gallery Image Nazirlik “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birgə fermerlərə müraciət etdi (FOTO) - Gallery Image


Etiketlər:  Nazirlik Meliorasiya Təsərrüfatı ilə birgə fermerlərə müraciət etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ