Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 11:45
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlara daha bir müraciət edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, virusdan qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edərkən bəzi qaydalara əməl etmək vacibdir:
"Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun, maska taxın. Əgər liftdə çox insan varsa, ora daxil olmayın, növbəti gedişi gözləyin. Həmçinin, lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın".