Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantində yazılan cərimələr ləğv olunacaq? - RƏSMİ AÇIQLAMA

Karantində yazılan cərimələr ləğv olunacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 9 Iyun 2020 15:32

"Aydın məsələdir ki, qayda-qanunu pozan cərimə də olunur".

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AzTV-də yayımlanan "Çıxışa doğru" verilişində sosial şəbəkələrdə karantin dövründə tətbiq olunan cərimələrin pandemiyadan sonra ləğv olunacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib:

"Cərimə mexanizmi də olduğu kimi işlək vəziyyətdədir. Şayiə buraxılmışdı ki, guya karantin rejiminə görə cərimələnən, məsuliyyətə cəlb olunan şəxslər bu məsuliyyətdən azad olunacaqlar. Buna inanmayın. Kiminsə yalan ifadələrinə inanıb ardıcıl qayda pozmayın. Bu cərimə insanın ömrünün sonunadək onun üzərindədir. Bunun heç bir vaxt məhdudiyyəti yoxdur ki, 3-4 il keçəndən sonra bu cərimə ləğv olunacaq. Xeyr, insan yaşadığı müddətdə o cərimə onun üzərindədir və o cəriməni ödəmək məcburiyyətindədir. Bəzi ictimai birliklər cərimələrin ləğv olunacağı ilə bağlı təbliğata qoşulurlar və sosial şəbəkələrdə də insanları qızışdıranlar həmin şəxslərdir". (publika.az)

Milli.Az


Etiketlər:  Karantində yazılan cərimələr ləğv olunacaq RƏSMİ AÇIQLAMA


RƏYLƏR