Tarix: 9 Iyun 2020 18:20
Çexiyanın "Viktoriya Jijkov" klubunda çıxış edən Fərid Nəbiyev çex
dilini öyrənir.
Qol.az xəbər verir ki, klubun əcnəbi futbolçular
üçün təşkil etdiyi dərslərdə iştirak edən U-21 millimizin yarımmüdafiəçisi artıq
müəyyən qədər danışmağı bacarır.
O, klubun mətbuat xidmətinə son
açıqlamasında da çex dilində danışıb. 20 yaşlı futbolçu ötən tur vurduğu qolu
şərh edərkən danışarkən gözəl ötürmə aldığını və onu dəqiqliklə bitirdiyini
deyib. “Hansı mövqedə oynamaq sənə daha rahatdır" sualınını cavabında isə Fərid,
hücumun sol cinahını bildirib. O həmçinin, növbəti matçda da qol vurmağa
çalışacağını qeyd edib.