Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 18:40
"Barselona" rəhbərliyi ilə kapitanı Lionel Messi arasında yeni müqavilənin danışıqlarına start verilib.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı superulduza yeni 2 illik sözləşmə təklif edib.
La Liqa təmsilçisinin 2023-cü ilin yayına qədər nəzərdə tutduğu anlaşmaya qol çəkəcəyi təqdirdə, Leonun illik maaşı 50 milyon avro təşkil edəcək.
32 yaşlı futbolçu menecerliyini edən atası Xorxe Messi gələn həftə "Barsa" rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Lionel Messi cari mövsüm 31 oyunda iştirak edib, 24 qol vurub, 16 məhsuldar ötürmə verib.