Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:28
Bakı. İlhamə İsabalayeva - Trend:
Çox təəssüf ki, yas yerlərində kütləvi toplaşma və maskalardan istifadə etməmə halları kifayət qədərdir.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, yas məclislərində iştirak insanlar arasında kütləvi yoluxmalara səbəb olur: “Çox xahiş edərdik ki, insanlar mövcud qaydalara əməl etsinlər”.