Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 20:58
"Breşiya"nın hücumçusu Mario Balotelli klubun bazasına buraxılmayıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, buna səbəb italiyalı futbolçunun klub prezidenti Massimo Çellino arasında problem yaşanmasıdır.
İtaliya millisinin sabiq üzvü məşq üçün bazaya yollansa da, içəri daxil olmasına icazə verilməyib. 30 yaşlı oyunçu isə əsəbi şəkildə avtomobilinə əyləşərək oranı tərk edib.
Qeyd edək ki, "Breşiya" rəhbərliyi Balotelli ilə müqaviləyə xitam vermək istədiklərini açıqlayıb. Onun komandanın məşqlərinə gəlmədiyi bildirilmişdi. Balotelli isə məşqlərdən yayınmadığını açıqlamışdı.