Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 05:20
Bakı. Trend:
Böyük Britaniyada yeni növ koronavirusdan ölənlərin sayı 40 min nəfəri ötüb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə və Sosial Təminat Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ötən sutka ərzində ölkədə 1 387 nəfər koronavirusa yoluxub, 286 nəfər isə koronavirusdan vəfat edib.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 289 140 nəfərə, koronavirusdan ölənlərin sayı isə 40 883 nəfərə çatıb.