Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 12:00
“HUAWEI” şirkəti orta qiymət diapazonunda “P Smart S” adlı smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, aparat “Full HD ” təsvir ölçülü 6,3 düymlük diaqonallı OLED displeylə təchiz edilib. Smartfon 12 nm-lik “Kirin 710F” prosessoru, 4 QB əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. Modeldə “Wi-Fi” və “Bluetooth” modullarından başqa təmassız ödəniş üçün NFC texnologiyası da reallaşdırılıb.
Smartfon üçqat kamera ilə təchiz edilib: 48 mp-lik əsas, 8 mp-lik köməkçi və 2 mp-lik dərinlik sensoru. Cihazın akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir, istehsalçı əməliyyat sistemi kimi “Android 10” sistemindən istifadə edib.
Emil Hüseynov