Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğanın sahib çıxdığı siam əkizləri bitişik getdilər, ayrı qayıtdılar (VİDEO)

Ərdoğanın sahib çıxdığı siam əkizləri bitişik getdilər, ayrı qayıtdılar (VİDEO)

Tarix: 10 Iyun 2020 18:08

Bakı. Trend:

Antalyada iki il əvvəl baş hissəsindən bitişik dünyaya gələn və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İngiltərədə əməliyyat edilərək ayrılan siam əkizləri ölkəyə gətirilib.

Trend-in məlumatına görə, Antalyada və İstanbulda müxtəlif xəstəxanalarda müalicə alan, başları bitişik olduğu üçün həyat mübarizəsi aparan siam əkizləri ilə bağlı məsələni Prezident Administrasiyası nəzarətə götürüb.

Bənzər əməliyyatların həyata keçirildiyi İngiltərədə “Great Ormond Street” xəstəxanasının rəhbərliyi də ailə ilə əlaqə saxlayıb. İngiltərədə əməliyyatı həyata keçirəcək heyət ilə Türkiyəli həkimlər ailə ilə görüşüb.

Siam əkizləri və ailəsi Prezident Administrasiyasının himayəsi altında, 2019-cu ilin dekabr ayında Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi ilə İngiltərəyə aparılıb.

İki türk həkimin də yer aldığı 42 həkimdən ibarət heyət üç böyük əməliyyat keçirib. Bitişik başları 28 yanvarda ayrılan Derman və Yiğit Evrensel bir müddət xəstəxanada müalicə alıblar.

2018-ci ildə Antalyada qeysəriyyə ilə dünyaya gələn siam əkizləri Derman və Yiğiti Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın himayəsi altında göndərildikləri İngiltərənin paytaxtı Londonda bir neçə əməliyyat keçirməklə bir-birindən ayırıblar. Dekabr ayından bəri anaları ilə birlikdə Londonda olan Derman və Yiğit ölkəyə gətirilib.

Ərdoğanın sahib çıxdığı siam əkizləri bitişik getdilər, ayrı qayıtdılar (VİDEO) - Gallery Image Ərdoğanın sahib çıxdığı siam əkizləri bitişik getdilər, ayrı qayıtdılar (VİDEO) - Gallery Image


Etiketlər:  Ərdoğanın sahib çıxdığı siam əkizləri bitişik getdilər ayrı qayıtdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ