Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanın şimal-qərbində partlayış baş verib, ölənlər var

Pakistanın şimal-qərbində partlayış baş verib, ölənlər var

Tarix: 11 Iyun 2020 06:57

Bakı. Trend:

Pakistanın şimal-qərbində partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan rayonunda baş verib.

Bildirilir ki, partlayıcı hərbçiləri daşıyan avtomobilin içinə qurulub. Partlayış nəticəsində iki hərbçi həlak olub, daha dördü xəsarət alıblar.

Yaralananlar xəstəxanaya çatdırılıb. Təhlükəsizlik qüvvələri hadisə yerində axtarışlar aparır.


Etiketlər:  Pakistanın şimal qərbində partlayış baş verib ölənlər


RƏYLƏR