Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni texnologiya insan saçından “OLED” ekranlar yaratmağa imkan verir

Yeni texnologiya insan saçından “OLED” ekranlar yaratmağa imkan verir

Tarix: 11 Iyun 2020 08:04

Avstraliyanın Kvinslend Texnologiya Universitetinin tədqiqatçılar qrupu insan saçından "OLED" displeylər hazırlayıblar.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, karbon və hidrogenlə zəngin saçlar onlardan işıqşüalandırıcı hissəciklər yaratmaq üçün istifadəyə imkan verir. Texnologiyanın əsasını yerli bərbərdə saç tullantılarının toplanılması təşkil edir. Bundan sonra saç 240 dərəcə temperaturda emal edilir və yandırılır. Yaranan karbon, hidrogen və azot 10 nanometr ölçüsündə karbon nanodotlara çevrilir. Əldə olunan material polimer vasitəsilə yayıldıqdan sonra ondan "OLED" displeylərdə aktiv qat kimi istifadə mümkün olur. Zəif gərginlik ötürülən zaman nanodotlar mavi rəng verməyə başlayır.

Eksperimentin nəticələrinə görə fikirlərini bölüşən tədqiqatçılar qeyd edib ki, insan saçından karbon nöqtələr əsasında üzvi işıqşüalandırıcı qurğular intellektual qablaşdırma üçün istifadə edilə bilər. Onların sözlərinə görə, materialın zəhərli olmaması səbəbindən onlar az işıq mənbəyinin tələb olunduğu yerlərdə, məsələn, lövhələrdə, "ağıllı" sarğılarda və tibbi cihazlarda tətbiq oluna bilər.

Həmçinin vurğulanır ki, insan saçını xüsusi gözəllik salonlarında mövcud olan qoyun və heyvanların yunu ilə əvəzləmək mümkündür. Alimlərin fikrincə, parlaqlıq səviyyəsinin az olmasına baxmayaraq texnologiya perspektivlidir. Belə ekranlar daşınan elektronika və s. istifadə oluna bilər.


Etiketlər:  Yeni texnologiya insan saçından OLED ekranlar yaratmağa imkan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ