Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçunun üzünə silah dirəyib, bahalı saatını oğurladılar

Futbolçunun üzünə silah dirəyib, bahalı saatını oğurladılar

Tarix: 11 Iyun 2020 09:00

İtaliyanın "Milan" klubunun futbolçusu Samuel Kastilyexo sükan arxasında olarkən silahlı hücuma məruz qalıb.

Bu baradə "MilanNews" məlumat yayıb.

Cinayətkarlar işıqforda yaşıl işığın yanmasını gözləyən futbolçuya yaxınlaşaraq, tapançanı onun üzünə dirəyiblər.

Silahlı şəxslər idmançının bahalı saatını oğurlayıb, hadisə yerindən uzaqlaşıblar.

İspaniyalı yarımmüdafiəçi S.Kastilyexo 2018-ci ildə çıxış etdiyi "Vilyareal" klubundan "Milan"a transfer olub.


Etiketlər:  Futbolçunun üzünə silah dirəyib bahalı saatını oğurladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ