Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narıncı zona elan edilən daha 4 rayonda karantin postları quruldu

Narıncı zona elan edilən daha 4 rayonda karantin postları quruldu

Tarix: 11 Iyun 2020 13:04

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 infeksiyasının yayıldığı daha 4 rayonda karantin nəzarət postları qurulub.

Trend-in məlumatına görə, artıq Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının giriş-çıxışları hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən nəzarətə götürülüb. Adıçəkilən rayonların girişlərində polis postları yaradılıb, postlara polis əməkdaşları cəlb edilib. Bununla yanaşı, adıçəkilən rayonların daxilindəki küçə və prospektlərdə də polis postları qurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu qərarı ilə Bakı, Sumqayıt, Gəncə, lənkəran şəhərləri və Abşeron rayou ilə yanaşı, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonları da COVİD-19 infeksiyasının yayıldığı ərazi elan olunub və həmin ərazilər narıncı zona elan edilib.


Etiketlər:  Narıncı zona elan edilən daha 4 rayonda karantin postları quruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ