Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərenerji”: Pandemiya dövründə ölkədə enerji təchizatı yüz faiz təmin olunacaq

“Azərenerji”: Pandemiya dövründə ölkədə enerji təchizatı yüz faiz təmin olunacaq

Tarix: 11 Iyun 2020 15:16

Bakı. Samir Əli - Trend:

24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanılqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.

“Azərenerji” ASC-dən Trend-ə verilən məlumatda bildirilir ki, bu səbəbdən pandemiya elan edilən gündən bu vaxta qədər, istər qaydalar yumşaldılanda, istərsə də sərt karantin elan olunan günlərdə elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və yüksək gərginlikli elektrik xətlərində və bununla da enerji təchizatında heç bir problem yaranmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun olaraq sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq “Azərenerji”nin əksər əməkdaşları iş başında olublar. Üstəlik bu müddət ərzində pandemiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.


Etiketlər:  Azərenerji Pandemiya dövründə ölkədə enerji təchizatı yüz faiz təmin olunacaq


RƏYLƏR