Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 18:34
Hər gün koronavirusa yoluxma sayları ictimaiyyətə elan olunur. Həftəsonu sərtləşmə qonşu ölkələrdəki praktikaya əsaslanır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, Türkiyədə həftəsonu sərtləşmə təcrübəsi araşdırılıb: "Orada bunun nəticələri 10 faiz azalma ilə özünü göstərir. Amma bu, 1-2 gün daxilində özünü göstərə bilməz. Bu xəstəliyin 14 günlük inkubasiya dövrü var. Həftə sonu karantinin nəticəsini ən azı 10 gün sonra görəcəyimizə ümid edirik".