Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 11:32
Bakı. Trend:
Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 13-dək uzadılıb.
Trend-in erməni məlumatına görə, bu barədə hökumətin iclasında qərar qəbul edilib.
Qeyd edək ki, ölkədə martın 16-da elan edilmiş fövqəladə vəziyyət bir neçə dəfə uzadılıb. Hazırda qüvvədə olan fövqəladə vəziyyə rejimi iyunun 13-də başa çatmalı idi.
Bu günədək Ermənistanda 15 mindən çox şəxs koronavirusa yoluxub, 258 nəfər vəfat edib.