Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və Azərbaycanın iştirakı ilə regional layihələr pandemiyanın təsirinə baxmayaraq reallaşdırılır - Rusiyalı səfir

Rusiya və Azərbaycanın iştirakı ilə regional layihələr pandemiyanın təsirinə baxmayaraq reallaşdırılır - Rusiyalı səfir

Tarix: 12 Iyun 2020 11:39

"Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına heç bir prosesin, o cümlədən koronavirus pandemiyasının təsiri olmamalıdır".

Sonxeber.net xəbər verir ki, bunu Rusiyanın Azərbnaycandakı səfiri Mixail Boçarnikov COVID-19 pandemiyasının, eləcə də ABŞ-la Çin arasında iqtisadi rəqabətin nəticəsində Xəzər regionunda regional layihələrin inkişafına mümkün risklər barədə Trend-in sualına cavab verərkən deyib.

Təhlükəsizlik və əsasən Xəzər dənizi ilə əlaqədar Rusiya və Azərbaycanın iştirak etdiyi regional layihələr barədə danışan səfir bildirib ki, tərəflərin birgə strategiyasının funksiyaları 2018-ci ildə Xəzəryanı ölkələr tərəfindən imzalanmış Xəzər Konvensiyasında əks olunub. O vurğulayıb ki, bu sənəd üzərində iş prosesi 20 ilə yaxın davam edib.

Trend-in sualında, həmçinin qeyd olunub ki, nizamlanmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda vəziyyətin destabilizasiyası riskini daşıyır.


Etiketlər:  Rusiya Azərbaycanın iştirakı ilə regional layihələr pandemiyanın təsirinə baxmayaraq reallaşdırılır Rusiyalı səfir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ