Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 13:18
Bakı. Asif Mehman - Trend:
Dağüstü parkın Bakının ən gözəl məkanlarından biri hesab etmək olar.
Trend-in məlumatına görə, bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır. Məhz bu amil əsas tutularaq hələ XX əsrin 30-cu illərində Bakının baş planı hazırlanarkən burada salınacaq Dağüstü parkın paytaxtımızın ümumi kompozisiyasında mühüm əhəmiyyətə malik olacağı nəzərdə tutulub. Bu park uzun illər paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olub.
Mərmər pillələr, pilləkənlər, fiqurlu barmaqlıqlar, şəlalə formasında fəvvarə, çox sayda skameyka, ağaclıqlar dağüstü parka möhtəşəmlik qazandırır.
FOTO: Zaur Mustafayev