Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il ümumi daxili məhsul istehsalı azalıb

Bu il ümumi daxili məhsul istehsalı azalıb

Tarix: 12 Iyun 2020 15:20

2020-ci ilin yanvar-may aylarında ölkədə 27479,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

ÜDM istehsalının 37,7 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2759,9 manata bərabər olub.


Etiketlər:  ümumi daxili məhsul istehsalı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ