Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' onu satışa çıxardı

''Yuventus'' onu satışa çıxardı

Tarix: 12 Iyun 2020 22:26

"Yuventus" futbolçusu Aaron Remsini satışa çıxarıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi koronavirus pandemiyasından sonra maddi vəziyyətini yaxşılaşdırmaq üçün 29 yaşlı yarımmüdafiəçini satmağa hazırdır. İngiltərənin 2 klubunun onunla maraqlandığı bildirilir.

2019-cu ildə "Arsenal"dan "Yuventus"a transfer olunan Remsinin hazırkı klubunda əsas heyətdə möhkəmlənə bilmədiyi vurğulanıb. Klubun onun üçün ildə 23 milyon avro maaş ödəməyə davam etmək istəmədiyi qeyd olunub.

Xatırladaq ki, Remsinin Turin təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

 


Etiketlər:  Yuventus satışa çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ