Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Virusoloqdan PROQNOZ: ''Qışda koronavirus pandemiyası...''

Virusoloqdan PROQNOZ: ''Qışda koronavirus pandemiyası...''

Tarix: 12 Iyun 2020 23:51

Tədqiqatlar göstərib ki, may ayında virus mart ayına nisbətən on dəfə zəifləyib.

Sonxeber.net xəbər verir ki, bu barədə italyan virusoloq, Vita-Salute San Raffaele Universitetinin prorektoru Massimo Klementi danışıb. O, səbəbi virusun mart ayının ilk həftələri ilə müqayisədə zəifləməsi ilə izah edib.

Klementinin rəhbərlik etdiyi Mikrobiologiya və virusologiya laboratoriyasının işçiləri martın 1-dən martın 15-dək xəstəxanaya yerləşdirilən 100 xəstənin və mayın sonunda qəbul olunan 100 xəstənin vəziyyətini müqayisə edən araşdırma aparıb. Mütəxəssislər viral yükü - virusun RNT-nin bir millilitr qan plazmasında hesablana bilən hər hansı virus infeksiyasının şiddətini qiymətləndirib. Tədqiqat nəticəsində alimlər epidemiyanın əvvəlində virus yükünün sonuna nisbətən bir neçə dəfə çox olduğunu aşkar edib.

Eyni zamanda, sətəlcəm xəstələri və reanimasiya şöbəsində müalicəyə ehtiyacı olanların sayı azalıb. Xəstələrin çoxu evdə müalicə edilə bilib.

Koronavirusun zəifləməsi təkcə Vita-Salute San Raffaele Universitetinin alimlərinin apardığı araşdırma ilə təsdiqlənməyib. Klementi bildirib ki, ingiltərəli mütəxəssislər də Çin, Avropa və ABŞ-da pandemiyanın müxtəlif mərhələlərində virus genomunun ardıcıllığını təhlil edib.

"Qışda meydana gələn koronavirus pandemiyası təkrarlana bilməz. Bunu tam əminliklə söyləyə bilmirik, lakin böyük ehtimalla belədir", - Klementi koronavirusun zəifləməsi meylindən danışıb. (publika.az)


Etiketlər:  Virusoloqdan PROQNOZ Qışda koronavirus pandemiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ