Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 19:44
Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu iyunun 14-ü Türkiyəyə səfər edəcəklər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Rusiya və Türkiyə dövlət başçıları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılaşmalara uyğun olaraq, Rusiya xarici işlər və müdafiə nazirləri S.Lavrov və S.Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında məsləhətləşmələr aparmaq üçün iyunun 14-də Türkiyəyə səfər edəcək".