Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maykl Ceksonun bacısı azərbaycanlı müğənniyə təşəkkür etdi - FOTO

Maykl Ceksonun bacısı azərbaycanlı müğənniyə təşəkkür etdi - FOTO

Tarix: 14 Iyun 2020 11:15

Azərbaycanlı müğənni Emin Eminzadə sosial şəbəkədə irqçiliyi təbliğ edənlərə etiraz edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, son günlər "Tərəzi" mahnısı ilə Türkiyədə gündəmə gələn ifaçı "Ağdərili doğulmağın üstünlük olduğunu düşünürsünüzsə, məni izləməyin" deyə paylaşım edib.

"Qaradərililərin həyatı önəmlidir. Hamımız bərabərik. Qaradərililərin həyatı önəmli olana qədər həyatda heç nə mühüm deyil. Bu durumda səssiz qalmaq da şiddətdir. Zərər görən mağazaları, dağıdılan küçələri təmir etmək mümkündür, amma bir insanın həyatını geri qaytara bilməzsiniz.

P.S: Əgər, aranızdan kimsə ağdərili olmağın üstünlük olduğunu düşünürsə, fikirlərimlə razı deyilsə, dost olmağımız mümkün deyil. Məni izləmədən çıxarın"-, deyə ifaçı bildirib.

Eminin paylaşımı dünyaca məşhur müğənni, Maykl Ceksonun bacısı Canet Ceksonun da diqqətini çəkib. Canet Eminin paylaşımına şərh yazaraq təşəkkür edib.


Etiketlər:  Maykl Ceksonun bacısı azərbaycanlı müğənniyə təşəkkür etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ