Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''da şok itki

''Qalatasaray''da şok itki

Tarix: 14 Iyun 2020 22:46

“Qalatasaray” ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Türkiyə Superliqasının 27-ci turunda hazırda “Rizəspor”un qonağı olan İstanbul klubunun qapışısı Fernando Muslera sıradan çıxıb.

Uruqvay millisinin üzvü matçın 15-ci dəqiqəsində rəqib hücumçu ilə toqquşma zamanı xəsarət alıb. Dərhal əvəzlənən təcrübəli qapıçı xəstaxanaya aparılıb. Sağ ayağından zədə alan qolkiperin son durumu haqda tibbi müayinədən sonra məlumat veriləcəyi bildirilib.
 


Etiketlər:  Qalatasarayda şok itki


RƏYLƏR