Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 00:44
Bakı. Trend:
Ermənistanda müxalif parlament fraksiyası "Çiçəklənən Ermənistan"ın lideri, biznesmen Qarik Tsarukyanın dindirilməsinin keçirildiyi Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiya keçirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, aksiyada iştirak edən 252 fəal polislər tərəfindən saxlanılıb. Onların saxlanılmasına səbəb fövqəladə vəziyyət rejimi zamanı qaydaları pozaraq kütləvi aksiya keçirmələri göstərilir.
Bildirilir ki, Q.Tsarukyan təxminən 9 saat Milli Təhlükəsizlik Xidmətinin binasında dindirildikdən sonra jurnalistlərə ona qarşı siyasi təqibin aparıldığını deyib.
Xatırladaq ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Q.Tsarukyanın biznesində qeyri-qanuni hallarının aşkarlandığını bildirmişdi.
İyunun əvvəli müxalif parlament fraksiyasının lideri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin ölkədəki problemlərin öhdəsindən gəlmədiyini və istefaya getməli olduğunu demişdi.