Tarix: 15 Iyun 2020 11:20
İspaniya La Liqasının 28-ci turunda “Eybar”la keçirilən oyun (3:1) “Real”ın futbolçusu Qaret Beyl üçün yubileylə əlamətdar olub.
Qol.az xəbər verir ki, görüşün 61-ci dəqiqəsində meydana çıxan uelsli hücumçu Madird klubunun heyətinsə 250-ci oyununu keçirib.
Matçdan sonra klub prezidenti Florentino Peres Beyli tərbrik edib və ona üzərində 250 yazılan forma bağışlayıb.
Qeyd edək ki, 2013-cü ildən “Real”da çıxış edən Beyl, paytaxt klubunda 250 oyuna 105 qol vurub, 68 məhsuldar ötürmə verib. Uzun müddətdir onun “Real”dan ayrılacağı haqda xəbərlər yayılır.