Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 12:56
Bakı. Trend:
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank 15 iyun — Milli Qurtuluş Günü və 26 iyun — Silahlı Qüvvələr Günü münasibətilə yeni kampaniyaya başlayır.
Bankdan Trend-ə verilən məlumata görə, 15 iyun - 31 iyul 2020-ci il tarixləri aralığında davam edəcək kampaniya müddətində debet kartları dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir.
Bundan əlavə, bayram günləri –15 iyun və 26 iyun tarixlərində kart sahibi olmaq üçün Banka onlayn müraciət edən şəxslərə 3 illik MC Gold debet kartı pulsuz veriləcəkdir.
Kampaniya zamanı kredit kartı almaq istəyən müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.
Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.