Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Golden Boy''a namizədlər açıqlandı

''Golden Boy''a namizədlər açıqlandı

Tarix: 15 Iyun 2020 19:24

"Tuttosport" nəşri  ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan "Golden Boy" ("Qızıl oğlan”) mükafatına namizədləri açıqlayıb.

Qol.az xəbər verir ki, ilk olaraq 100 oyunçudan ibarət siyahıda məşhur futbolçulardan Meyson Qrinvud ("Mançester Yunayted"), Eduardo Kamavinqa ("Renn"), Alfonso Devis ("Bavariya"), Anssumane Fati ("Barselona"), Filip Foden ("Mançester Siti"), Erlinq Holand, Ceydon Sanço (hər ikisi "Borussiya" Dortmund), Kallum Hadson-Odoi ("Çelsi"), Takefusa Kubo ("Malyorka", "Real"a məxsusdur), Daniel Maldini ("Milan"), Reyner ("Real"), Sandro Tonali ("Breşiya"), Ferran Torres ("Valensiya") yer alıb.

Mükafata namizəd olacaq 20 futbolçudan ibarət yeni siyahı oktyabrın 15-i açıqlanacaq.

Qeyd edək ki, ötən il bu mükafatı "Atletiko"nun futbolçusu Joau Feliks qazanmışdı.

 


Etiketlər:  Golden Boya namizədlər açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ